Ezonn Xəbər

Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq

Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Azərbaycanda traktorlar və digər kənd təsərrüfatı texnikası ilə bağlı xidmətlərdə inzibati xətalarla bağlı sənədlərin çatdırılması qaydalarında dəyişiklik edilib. Müvafiq qərar bu yaxınlarda imzalanıb. Dəyişikliyə uyğun olaraq, traktor idarəçiləri və digər mexaniki nəqliyyat vasitələrinin sürücüləri üçün imtahanların keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi və texnikanın dövlət qeydiyyatı üzrə təlimatlara yenidən baxılıb. Bu müddəalar İnzibati Xətalar Məcəlləsinin 57.6.3-cü maddəsinə istinad etməklə tənzimlənir. Yeni qaydalara əsasən, inzibati xətalarla bağlı sənədlərin şəxsən təqdim olunması mümkün olmadığı hallarda belə sənədlər tənzimlənmiş qayda ilə müvafiq xidmətlər göstərilərkən təqdim ediləcək. Bu, yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədini güdür. İstinad edilən maddəyə görə, cərimələr və inzibati qərarlar sürücülərin elektron kabinetlərinə qeyd olunan mobil telefon nömrələrinə SMS göndərilməklə rəsmi qaydada təqdim edilmiş hesab edilir. Elektron kabinetdə mobil telefon nömrəsi yoxdursa, qərar şəxs kabinetində yerləşdirilmiş sənədlərlə tanış olduqdan sonra rəsmi sayılır. Bu dəyişiklik “Yol hərəkəti haqqında” qanuna edilmiş yeniləmələrin icrasını təmin etmək məqsədilə həyata keçirilmişdir.