Azərbaycanda evini kirayəyə verənlərlə bağlı yenilik: Vergi qaydaları dəyişir

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda evini kirayəyə verən şəxslərlə bağlı vergi qaydalarında yeniliklər müzakirə olunub. Parlamentin bugünkü iclasında təqdim olunan Vergi Məcəlləsinə dəyişiklik layihəsi çərçivəsində, fiziki şəxslərin kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxaraq vergini özlərinin hesablamaq və ödəmək imkanları olacaq.
Projektə əsasən, kirayə haqqının vergi ödəyicisi olmayan fiziki şəxs tərəfindən ödəmə ediləcəyi halda, kirayəyə verən şəxs ya da onun təyin etdiyi vergi agenti müvafiq olaraq yaşayış sahələri üçün 10 faiz, digər əmlaklar üçün isə 14 faiz dərəcəsi ilə vergi ödəyəcək. Bu maddə 33-cü və 149-cu maddələrə əsasən vergi uçotuna alınaraq bəyannamə təqdim ediləcək.
Həmçinin, kirayə verən fiziki şəxslər bu layihənin 101.3-cü maddəsinə uyğun olaraq, vergi uçotuna düşərək bəyannamə təqdim edərək, kirayə gəlirlərindən xərcləri çıxmaqla vergi ödəmək hüququna sahib olacaqlar. Məlumatın vergi orqanına təqdim edildiyi aydan etibarən, növbəti aylarda fiziki şəxslərin kirayə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmayacaq.
Fiziki şəxslərin vergi ilinin yekununda hesablanmış illik gəlir vergisi, həmin il üzrə qeydiyyata alınmış vergi məbləği qədər azaldılacaq. Bu dəyişiklik, vergi borclarının növbəti illərin öhdəliklərinə nəzərə alınmasını təmin edəcək. Sözügedən məsələ səsə qoyularaq ilkin oxunuşda qəbul olunub.