Ezonn Xəbər

Sabah 21 dərəcə isti olacaq

Sabah 21 dərəcə isti olacaq
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Noyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı məlumatlar açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, paytaxt Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulmalar gözlənilir. Gün ərzində yağmursuz hava şəraitinin hakim olacağı proqnozlaşdırılır. Bakıda və ətraf ərazilərdə gecə temperaturu 8-11 dərəcə, gündüz isə 17-21 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 759 millimetr civə sütunundan 753 millimetr civə sütununa enəcəyi gözlənilir. Nisbi rütubət gecə 60-65, gündüz 50-55 faiz arasında dəyişəcək. Bölgələrdə də havanın əsasən yağmursuz olması proqnozlaşdırılır. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və qar yağması ehtimalı var. Həmçinin, ayrı-ayrı yerlərdə duman da müşahidə ediləcək. Qərb küləyinin bəzi ərazilərdə güclənəcəyi gözlənilir. Rayonlar üzrə gecə temperaturu 4-8 dərəcə, gündüz isə 15-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 11-16 dərəcə arasında dəyişəcək.