Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak edib - FOTOLAR

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Tufan Ərhürman və Baş naziri Ünal Üstə ilə hər biri əhəmiyyətli görüşlərdə iştirak edən "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər, işgüzar səfərini müvəffəqiyyətlə tamamlayıb.
Görüşlərdə, Azərbaycan, Türkiyə və Şimali Kipr arasında əlaqələrin inkişaf etdirilməsi, türk dünyasında media əməkdaşlığının genişləndirilməsi və informasiya mübadiləsi imkanları müzakirə olunub. TİMBİR-in sədri Süleyman Basa da bu görüşlərin iştirakçıları arasında yer alıb.
Aqil Ələsgər, Prezident Tufan Ərhürman və Baş nazir Ünal Üstə ilə görüşlərdə Azərbaycanın milli ornamentlərini əks etdirən xatirə hədiyyələri təqdim edib, bu isə iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, A. Ələsgər, Şimali Kiprin 43-cü ildönümünü qeyd etmək məqsədilə təşkil olunan Cümhuriyyət Bayramında rəsmi qəbulda iştirak edib. Bu tədbirdə də Şimali Kipr ilə əlaqələrin daha da dərinləşdirilməsi üçün müzakirələr aparılıb.
Səfər zamanı Aqil Ələsgər, Şimali Kiprin ilk özəl radio və televiziya qurumlarından biri olan "Genç TV"nin rəhbəri Ərtan Birinci ilə də görüşüb. Görüşün əsas məqsədi, "Yeni Çağ" Media Qrupu ilə "Genç TV" arasında əməkdaşlığın artırılması, ortaq yayımların təşkili və birgə media layihələrinin həyata keçirilməsi imkanlarının müzakirəsidir.