Azərbaycanda 2030-cu ilədək hər il 25 min nəfər peşə hazırlığına cəlb ediləcək

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
İşsiz və işaxtaran şəxslərin peşə hazırlığına cəlb olunması məqsədilə illik olaraq orta hesabla 18-20 min şəxs peşə hazırlığı kurslarına qoşulur. Proqramlar 130-dan çox peşə və ixtisas üzrə altı ayadək davam edən kurrikulumları əhatə edir.
Anar Əliyev gənclərə peşə seçimi edərkən əmək bazarının perspektiv istiqamətlərini, fərdi bilik və bacarıqları, eləcə də rəqabət amilini nəzərə almağı tövsiyə edib. O, mürəkkəb peşə sahələrində rəqabətin daha aşağı, sadə peşələrdə isə əhəmiyyətli dərəcədə yüksək olduğunu qeyd edib. Bu səbəbdən də gənclərin peşə seçimi zamanı rəqabət faktorunu qiymətləndirməsi vacibdir. Nazir şəxsən mürəkkəb və zəhmət tələb edən peşələrə üstünlük verəcəyini vurğulayıb, çünki bu sahələrdə professional inkişaf üçün daha çox imkanlar mövcuddur.