Bakıda temperatur 21 dərəcəyə yüksələcək

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında noyabrın 19-da gözlənilən hava şəraiti dəyişkən buludlu olacaq. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, hava əsasən yağmursuz keçəcək, lakin ara-sıra buludların tutulması mümkündür.
Havanın temperaturu gecə 8-11° isti, gündüz isə 17-21° dərəcə arasında olacaq. Bildirilir ki, mülayim cənub-qərb küləyi, bəzi yerlərdə güclənərək davam edəcək. Atmosfer təzyiqinin 759 mm civə sütundan 753 mm civə sütununa enməsi gözlənilir.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Ancaq gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılar, o cümlədən qar yağması mümkündür. Həmçinin, bəzi bölgələrdə arabir duman olacağı da qeyd olunur.
Rayonlarda havanın temperaturunun gecə 4-8° isti, gündüz İse 15-20° isti olacağı bildirilir. Dağlıq hissələrdə isə gecə 2° şaxtadan 3°-dək isti, gündüz isə 11-16° dərəcə arasında olacaq.