Putin Çində nələr danışıb?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin, Çinin Şençjen şəhərində keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində diqqətçəkən çıxış edib. Burada Putin, Rusiyanın Asiya ölkələri ilə iqtisadi əlaqələrini gücləndirmək üçün "Böyük Avrasiya Tərəfdaşlığı" yaratmağı təklif edib.
Putin, çıxışında dominant gücləri, rəqiblərin inkişafını məhdudlaşdırmaqda günahlandırdı. O, Qərb dövlətlərinin, xüsusilə də Avropa İttifaqının, misli görünməmiş sanksiya təzyiqinin təsirindən dolayı öz müstəqilliklərini itirdiyini vurğulayıb. Rusiya lideri, ölkəsinin bu çətinliklərin öhdəsindən gəldiyini, xarici təzyiqin isə iqtisadi inkişaf üçün yeni stimul yaratdığını bildirdi.
Putin, Rusiya təcrübəsinin Asiya-Sakit Okean regionundakı ölkələrlə bölüşülməsi fikrini irəlilədib. O, bildirdi ki, Avropa İttifaqı sənaye potensialını və rəqabət qabiliyyətini itirir, bunun əksinə Rusiya isə xarici təzyiqləri daxili inkişaf üçün bir imkan olaraq görür. Rusiya Prezidenti, dünyada baş verən əhəmiyyətli dəyişikliklərin Asiya-Sakit Okean regionu ölkələrinin müstəqilliklərini artırmaq istəyi ilə bağlı olduğunu dedi.
Həmçinin, Putin Rusiyanın xarici ticarət dövriyyəsinin yarıdan çoxunun artıq Asiya-Sakit Okean regionundan gəldiyini bəyan etdi. O, Moskvanın bu regionla iqtisadi əlaqələrini inkişaf etdirmək niyyətində olduğunu vurğuladı və Rusiyanın 2035-ci ildən etibarən təşkilata sədrlik etmək məqsədini irəli sürdü.