Ezonn Xəbər

Leonardo Di Kaprionun 52 yaşına xüsusi ad günü məclisi

Leonardo Di Kaprionun 52 yaşına xüsusi ad günü məclisi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Hollivud ulduzu Leonardo Di Kaprionun 52 yaşının tamam olması münasibətilə təşkil etdiyi ad günü məclisi, effektli məqamlarla müşayiət olunub. Ziyafət, tanınmış simaların bir araya gəldiyi özəl bir malikanədə baş tutub. Bu tədbirdə Al Paçino, Tobi Maquayr, Edrien Broudi, Cona Hill, Keysi Afflek, Orlando Blum, 50 Cent, Kara Delevin və Kanadanın sabiq Baş naziri Castin Trüdo kimi vəzifəli şəxslər iştirak edib. Gecənin ən çox diqqət çəkən anı, məkanın qarşısına ağ rəngli avtobusla gətirilən çoxsaylı gənc qadınlar olub. Onların məşhur aktyorlarla içəri daxil olduğu anlar, paparazilərin kamerasına düşüb və tədbir ətrafında geniş müzakirələrə səbəb olub. Məşhur reper 50 Cent tədbirdən fotolar paylaşaraq, “Məclisə dəvət olunmamışdın, lənət olsun. Bu nə deməkdir? Leonun məclisi dəhşətli dərəcədə çılğın idi” deyə qeyd edib. Onun bu açıqlaması, ziyafətin hər kəs tərəfindən maraqla qarşılandığını göstərir. Leonardo Di Kaprionun 25 yaşdan kiçik qadınlarla münasibətləri ilə bağlı uzun müddət müzakirələr gedir. Hal-hazırda, o, 2023-cü ildən etibarən 28 yaşlı italiyalı model Vittoriya Çeretti ilə sevgilidir. Bu, onun gənc qadınlarla münasibətlərinin davam etdiyini təsdiqləyir.