Ezonn Xəbər

Yırtıcı heyvanların şəhərə gəlişi: səbəblər və nəticələr

Yırtıcı heyvanların şəhərə gəlişi: səbəblər və nəticələr
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Son zamanlar vəhşi heyvanlar, xüsusilə çaqqallar, tülkülər və ayılar, yaşayış məntəqələrinə getdikcə daha çox yaxınlaşmağa başlayıblar. Bu mənzərə yalnız Azərbaycanda deyil, eyni zamanda region ölkələrində də müşahidə olunur. Sosial şəbəkələrdə paylaşılan məlumatlar, yırtıcıların kəndlərə və hətta şəhərlərə qədər gəlişinə dair narahatlıqları artırır. Bəzi mütəxəssislər bu fenomeni heyvanların meşələrdə yem tapmamasıyla əlaqələndirirlər. Lakin ekoloqlar məsələnin daha dərin səbəbləri olduğunu vurğulayırlar. Onlar bildirirlər ki, iqlim amilləri və ekoloji tarazlığın pozulması yırtıcıların yeni ərazilərə yayılmasına təsir edir. İnsanların texnoloji inkişafı nəticəsində ekoloji tarazlıq uzun müddətdir ki, pozulmuşdur. Yırtıcı heyvanların əraziləri tərk etməsinin səbəblərindən biri də qısa müddət ərzində meydana gələn ekoloji dəyişikliklərdir. Məsələn, uzunmüddətli quraqlıq və sərt qışlar, ot yeyən heyvanların azalması yırtıcıların miqrasiya yollarını dəyişir. Bu vəziyyət, heyvanların qida axtarışında yeni istiqamətləri axtarmasına səbəb olur. Eyni zamanda, urbanizasiya kəndlərin boşalmasına səbəb olub, bu da yırtıcılara yeni məskunlaşma sahələri təqdim edir. İnsanın kəndlərdəki sayının azalması, gündəlik fəaliyyəti azaltmaqla heyvanların azad dolaşmasına şərait yaradır. Ekoloqlar vurğulayırlar ki, insanın geri çəkilmə prosesi, ekosistemlərin böyüməsinə və yırtıcıların daha sərbəst hərəkət etməsinə gətirib çıxarır. Başqa sözlə, insanların boşalan kəndlərə yalnız sosial və iqtisadi problem kimi baxması, əslində ekoloji dəyişikliklərin də arxa planda qaldığını göstərir. İnsanın heyvana olan mərhəməti, təhlükə aşkar olunsa belə, heyvanların insanı düşmən görməməsinə səbəb ola bilər. Bu isə, gələcəkdə daha ciddi problemlərə yol aça bilər. Şəfiqə Şəfa, Bizim.Media