Ezonn Xəbər

"Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada

"Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir. "Alkhara" geyim brendinin növbəti təqdimat mərasimi baş tutub. Bu brend, Azərbaycanın qədim milli parça növlərindən biri olan alxaranın zənginliyini müasir dəblə birləşdirmək məqsədini güdür. Tədbirdə iştirakçılara brendin fəlsəfəsi, parçaların hazırlanma prosesi və milli geyim ənənələrinin qorunması istiqamətində görülən işlər haqqında geniş məlumat verilib. Təqdimat "Alkhara: Nağıllar gerçəkləşir" şüarı altında keçirilib. Burada, milli irsimizin qədim naxışlarını, rəng çalarını və estetik xüsusiyyətlərini əks etdirən eksklüziv geyim kolleksiyaları nümayiş olunub. Modellərin təqdimatı zamanı ənənəvi milli motivlərin müasir dizayn elementləri ilə necə bir araya gəldiyi diqqət çəkib. Brendin təsisçisi və dizayneri Kövsər Salmanova, layihənin ideyasının alxara parçasından ilhamlandığını bildirib. O, layihənin əsas məqsədinin Azərbaycanın qədim parça və geyim ənənələrini yaşatmaq və milli irsi müasir dəb vasitəsilə dünyaya tanıtmaq olduğunu vurğulayıb. Həmçinin, yerli tekstil və dizayn nümunələrinin beynəlxalq moda səhnəsində layiqincə təmsil edilməsini hədəflədiklərini qeyd edib. Nümayiş olunan kolleksiyalar iştirakçılarda böyük maraq doğurub. Qonaqlar, milli naxışların müasir geyimlərdə istifadə olmasını və qədim tekstil ənənələrinin yaşadılmasını yüksək qiymətləndiriblər. Qeyd edək ki, "Alkhara" brendinin əvvəlki təqdimatında da brendin yaradılma ideyası və gələcək hədəfləri münasibətlə olaraq geniş ictimaiyyətə tanıdılmışdı.