Ezonn Xəbər

Ukrayna Krım körpüsünü belə vurub – Unikal əməliyyat

Ukrayna Krım körpüsünü belə vurub – Unikal əməliyyat
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Ukrayna ordusu, İlon Maskın "Starlink" və "Starshield" peyk rabitə sistemlərindən istifadə etmədən Krım körpüsünü məhv edən kompleks bir əməliyyat icra edib. Bu barədə “Tayms” nəşri məlumat yayıb və əməliyyatda iştirak edən bir ukraynalı hərbçiyə istinad edib. Hərbçinin sözlərinə görə, bu əməliyyat Ukraynanın hərbi və texnoloji imkanlarını nümayiş etdirmək məqsədini güdürdü. O, vurğulayıb ki, əməliyyat ABŞ, Çin və Rusiya liderləri arasındakı görüş ərəfəsində planlaşdırılıb, Putinin zəifliyini göstərmək rəmzi bir jest kimi düşünülüb. Ukrayna, dronlar və raketlər arasında siqnal ötürülməsi sistemini hazırlamaqla ABŞ-ın "Starlink" və "Starshield" sistemlərinin yaratdığı məhdudiyyətləri aşmağı bacarıb. Hərbçi bununla bağlı, "Amerikalılar bu cür əməliyyatların aparılması üçün həyati əhəmiyyət kəsb edən rabitə sistemlərimizi iflic etməyə çalışdılar, lakin bu missiya sübut etdi ki, biz öz radiosiqnal ötürmə kanallarımızı yaratmağa qadirik" deyib. Eməliyyat bir neçə həftə ərzində hazırlandı. İlk olaraq, Ukrayna ordusu Rusiya hava hücumundan müdafiə sistemlərini, radar stansiyalarını və radioelektron mübarizə vasitələrini sistematik şəkildə məhv etdi. Daha sonra yüzlərlə dron Rusiya hava hücumundan müdafiə sistemlərini iflic etdi və ardıcıl olaraq körpüyə "Flaminqo" və "Neptun" qanadlı raketlər, eləcə də "Palyanitsa" raket-dronları ilə zərbələr endirildi. Nəşr, Ukraynanın belə bir əməliyyatla yalnız Rusiyanın müdafiə olunan obyektlərinə zərbə vurmadığını, eyni zamanda ABŞ-ın peyk infrastrukturundan istifadə etmədən yüksək dəqiqlikli əməliyyatlar həyata keçirə bilmə qabiliyyətini nümayiş etdirdiyini qeyd edir.