Ezonn Xəbər

1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?

1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. 1929-cu ilin oktyabrında Uoll-Stritdə baş verən kütləvi satışlar, ABŞ fond bazarının tarixindəki ən ağır çöküşlərdən birinə səbəb oldu. Səhmlərə invesitisiya etmək müasirlərin gözündə sərvət qazanmanın asan yolu sayılırdı, lakin bu dövrdə baş verənlər bir çox insanın maliyyə gəlirlərini itirməsinə səbəb oldu. 1920-ci illər Amerika iqtisadiyyatında nikbinlik dövrü kimi xatırlanırdı. Birinci Dünya müharibəsindən sonra sənaye istehsalının genişlənməsi nəticəsində, avtomobil və elektrik avadanlıqları kütləvi istehlak məhsullarına çevrilmişdi. Üstəlik, əhalinin gəlirlərinin artması və kredit sisteminin əlverişli olması istehlakı intensivləşdirmişdi. Bu yüksəliş, fond bazarına da sirayət edərək, səhmlərin qiymətinin artmasına səbəb oldu. 1921-ci ildən 1929-cu ilin sentyabrına qədər “Dow Jones” sənaye indeksi təxminən altı dəfə yüksəlmişdi. Hətta sıravi amerikalılar da birjada investisiya etməyə cəsarət edirdilər. Ancaq 1920-ci illərin sonlarına doğru sərmayə mexanizmləri, xüsusilə də səhmlərin borc vəsaitləri hesabına alınması, bazarı riskli vəziyyətə saldı. Margin trading adlanan sistem, investorların yalnız səhmin qiymətinin bir hissəsini ödəyərək qalan məbləği borc götürməsinə imkan tanıyırdı. Bu mexanizm qiymətlərdəki enişlərin zehniyyətini daha da çətinləşdirirdi, çünki qiymətlərin 10% azalması, investorların şəxsi kapitalını tamamilə sıfıra endirə bilərdi. Son nəticədə bu sistem bazarı həssas vəziyyətə gətirdi. 1929-cu ilin sentyabrında fond bazarı tarixi zirvəyə çatdı, lakin iqtisadiyyatın müxtəlif sahələrində zəifləmə əlamətləri görünməyə başlamışdı. 24 oktyabr “Qara cümə axşamı” olaraq bilinən gündə investorların kütləvi şəkildə səhmlərini satması beynəlxalq bazarlarda panikaya səbəb oldu. İri banklar və maliyyəçilər alış əməliyyatları ilə müvəqqəti bir stabil vəziyyət yaratmağa çalışsalar da, bazara olan inam ciddi şəkildə zədələnmişdi.