Ezonn Xəbər

Kameronun İrəvana səfəri təxirə salındı

Kameronun İrəvana səfəri təxirə salındı
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Hollivudun tanınmış rejissoru, ssenaristi və prodüseri Ceyms Kameronun İrəvana səfəri baş tutmayacaq. Bu haqda Ermənistan KİV-lərinə istinadən məlumat verilib. Tədbirin təşkilatçıları, Kameronun noyabrın 23-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində planlaşdırılan tamaşaçı görüşünün ləğv edilməsini təsdiqləyiblər. Görüş çərçivəsində nəzərdə tutulan konsert proqramının da keçirilməyəcəyi bildirilir. Təşkilatçılar, qərarın səbəbləri barəsində isə ətraflı məlumat verməyiblər. Lakin bu qərar, Kameronun məşğul iş cədvəli ilə bağlı ola bilər. Hüquqi səbəblərinin və gələcəkdə yeni tarix təkliflərinin olub-olmayacağına dair heç bir məlumat verilməyib. Ceyms Kameronun İrəvanda keçiriləcək digər tədbirlərə qatılması da hələlik sual altındadır.