“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
“Real Madrid” futbol klubu Türkiyə millisinin futbolçusu Arda Gülərlə yeni bir müqavilə imzalayıb. Klubun mətbuat xidməti tərəfindən yayımlanan məlumatda, 21 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətinin 2032-ci ilin yayına qədər uzanacağı təsdiqlənib.
Yeni müqavilə ilə yanaşı, Arda Gülərin maaşında da artım olduğu bildirilir. Bu, onun əvvəllki müqaviləsinin 2029-cu ilin yayına qədər qüvvədə olduğu genişlənmiş bir razılaşmadır. Arda Gülər, 2023-cü ildə “Fənərbaxça”dan “Real Madrid”ə transfer olunmuşdu.