Ezonn Xəbər

Gülarə buna görə öldürülübmüş - YENİLƏNİB

Gülarə buna görə öldürülübmüş - YENİLƏNİB
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Bakıda 23 yaşlı gənc rəssam Gülarə Mehdiyevanın qətli ilə bağlı ətraflı məlumatlar ortaya çıxıb. Hadisə noyabrın 16-da, günorta saatlarında, Binəqədi rayonu, Həmzə Babaşov küçəsindəki evdə baş verib. Gülarə, ögey qardaşı tərəfindən qısqanclıq zəminində bıçaqlanmışdır. Gülarənin anası 2006-cı ildə onu tərk edərək atasının himayəsinə qoyub. Atası Ağa Mehdiyev, 2007-ci ildən sonra bir xanımla ailə həyatı qurub və onların 4 uşağı var. Gülarə isə, ayxan Mehdiyev ilə yanaşı, ögey bacı-qardaşdır. Hadisə günorta saat 14:30 radələrində mətbəx otağında baş vermişdir. 18 yaşlı Ayxan, bacısına kəsici-deşici alətlə üç ağır zərbə endirib. Gülarənin səsinə qonşular reaksiya göstərərək, dərhal təcili tibbi yardım çağırıblar. Lakin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdır. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanmış, istintaq davam etdirilməkdədir. Ayxan Mehdiyev hadisədən sonra saxlanılıb.