Ezonn Xəbər

“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər

“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Balakən rayonunda yerli icma nümayəndələri ilə görüş keçirib. Görüş Balakən Rayon İcra Hakimiyyətində baş tutub və iştirakçılar arasında müxtəlif dövlət qurumlarının, müəssisələrin nümayəndələri, Filizçay polimetal yatağının yaxınlığında yaşayan kənd sakinləri, ağsaqqallar və yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri olub. Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Filizçay yatağının Azərbaycanın dağ-mədən sənayesi üçün əhəmiyyətini vurğulayıb. Layihənin həyata keçirilməsi, bölgənin sosial-iqtisadi inkişafına, eləcə də yerli biznes mühitinin dinamikasını artıracağı qeyd olunub. Eyni zamanda, layihənin kiçik və orta sahibkarlıq subyektləri üçün geniş imkanlar yaradacağı bildirilib. “AzerGold” QSC İdarə Heyətinin üzvü İlqar Cəlilov, Filizçay yatağının strateji əhəmiyyəti və resurs potensialı haqqında müfəssəl məlumat təqdim edib. O, yatağın Avropa miqyasında ən iri dağ-mədən layihələrindən biri olduğunu vurğulayıb. Layihənin icrasında beynəlxalq standartlara uyğun resurs qiymətləndirmələrinin aparıldığı qeyd edilib. Tikinti prosesinin 2030-cu ilə qədər davam edərək, 2032-ci ildə ilkin istismara verilməsi gözlənilir. Layihənin kənd sakinləri üçün ərdiyiləcək iş imkanları, peşə hazırlığı və ekoloji təhlükəsizlik məsələləri də müzakirə edilib. “AzerGold” QSC, yerli icmaların inkişafına yönəlmiş kompleks tədbirlərin həyata keçirilməsi planlarını açıqlayıb. Görüşün sonunda icma nümayəndələrinin müraciət və təklifləri dinlənilib, onları narahat edən suallar cavablandırılıb. “AzerGold” KSM Komitəsi, Filizçay layihəsinin icrası ilə bağlı məlumatlandırma işlərinə davam edəcəyini bildirib.