2027-ci ildə dünyanı hansı dəhşətli hadisələr gözləyir? - Kahinlərdən alimlərədək PROQNOZ

Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir.
2027-ci il yaxınlaşdıqca dünyanın gələcəyi ilə bağlı qorxulu proqnozlar gündəmə gəlir. Müxtəlif mütəxəssislər və öncəgörənlər arasında qlobal iqtisadiyyatın çökməsi, ABŞ-də vətəndaş qarşıdurması, yeni müharibələr, naməlum xəstəliklər və rekord istilərlə bağlı narahatlıqlar var.
“Çinin Nostradamusu” kimi tanınan tarix professoru Szyan Syueçin, 2026-cı ilin aprelində verdiyi müsahibədə 2027-ci ilədək ciddi siyasi və iqtisadi sarsıntıların baş verə biləcəyini irəliləyib. Onun fikrincə, ABŞ ilə İran arasındakı münaqişənin genişlənməsi qlobal iqtisadi sistemə ciddi zərbə vuracaq. Eyni zamanda, ABŞ-də vətəndaş qarşıdurması üçün mühiti yaradan kütləvi etirazların baş verə biləcəyini qeyd edib.
Baba Vanqaya aid edilən proqnozda 2027-ci ildə naməlum xəstəliklərin yayılması və hətta bəzi insanlarda fövqəladə qabiliyyətlərin yaranması iddia edilir. Eyni zamanda, onun proqnozu Rusiyada hakimiyyət dəyişikliyi ilə də bağlıdır.
Nostradamusun yazılarında da 2027-ci il ilə bağlı qorxulu məqamlar yer alır. Müasir analizlər, onun ifadələrini yeni hərbi münaqişələrin ehtimalı ilə əlaqələndirir. Bu da müxtəlif coğrafi ərazilərdə gərginliklərə səbəb ola bilər.
Alimlərin hesablamalarına görə, 2027-ci il, Sakit okeanda güclənən “El-Nino” fenomeninin təsiri ilə ən isti il ola bilər. Ümumdünya Meteorologiya Təşkilatı (WMO) bildirib ki, bu, enerji istehlakına əlavə yük yarada bilər. Həmçinin, bəzi dini mətnlər, 2027-2028-ci illəri bəşəriyyət üçün böyük sınaqlar və apokaliptik hadisələrlə əlaqələndirir.