Ezonn Xəbər

Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi

Bursada xanımını 146 qayçı zərbəsi ilə öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Türkiyənin Bursa şəhərində baş verən dəhşətli cinayət hadisəsində 28 yaşlı Azərbaycan vətəndaşı Mehmet Salicanın dini nikahla yaşadığı 20 yaşlı Arzu Xəlilovanı 146 qayçı zərbəsi ilə qətlə yetirdiyi iddia edilir. Hadisə 2025-ci il noyabrın 3-də Bursanın Yıldırım rayonunda baş verib. Prokuror bu cinayətə görə Salicanın ömürlük həbs cəzasına məhkum olunmasını tələb edir. Mübahisənin ardından Mehmet Salicanın Arzu Xəlilovaya qayçı ilə hücum etməsi məlum olub. Hadisə yerinə çağırılan tibb qrupları, yaralı vəziyyətdə olan Arzu Xəlilovanı xəstəxanaya aparsa da, onun həyatını xilas etmək mümkün olmamışdır. Ekspertizanın nəticələrinə görə, Arzu Xəlilovanın bədənində 146 qayçı yarası aşkar edilib ki, bunlardan 72-sinin ayrı-ayrılıqda ölümcül olduğu bildirilir. İddia edildiyinə görə, Hadisə günündən əvvəl tərəflər arasında mübahisə yaranmışdı. Salican, polisdə verdiyi ifadədə psixoloji problemlərindən danışaraq, müalicə aldığına diqqət çəkib. O, "Sonda gözüm döndü və nə etdiyimi bilmədim," deyərək hadisənin ağırlığını azaltmağa çalışıb. Həmçinin məlum olub ki, Mehmet Salicanın əvvəllər də cinayətləri olub, özündə "qəsdən xəsarət yetirmə" və "odlu silahlar haqqında qanunun pozulması" kimi cinayətlərə görə 8 dəfə məhkumluq tarixçəsi vardır. Məhkəmədə, Arzu Xəlilovanın anası və digər tərəflərin iştirak etdiyi prosesdə, Salicanın müdafiəçisi yeni ekspertiza rəyinin hazırlanmasını tələb edib, lakin məhkəmə iclası təxirə salınıb.