Ezonn Xəbər

İrem Derici milyonluq qonarar iddialarına üsyan etdi: “And olsun, elə pullar yoxdur”

İrem Derici milyonluq qonarar iddialarına üsyan etdi: “And olsun, elə pullar yoxdur”
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Türkiyəli müğənni İrem Derici, Yeni il gecəsində verilməsi iddia olunan səhnə qonararları ilə bağlı etirazını bildirib. Müğənninin adı, gecə ərzində 3 milyon lirə qazanacağı ifadə edilən qonarar siyahısında yer alır. Siyahıda daha bir çox məşhurun adı da var. Məsələn, Gülşən, Hande Yener və Edisin 20 milyon, Hadisenin 22 milyon, Ebru Gündeş, Mahsun Kırmızıgül və Kenan Doğulunun isə 25 milyon lirə qonorar alacağı nəzərdə tutulur. İrem Derici, özünə ayrılan rəqəmin həqiqətə uyğun olmadığını vurğulayaraq, ”O Yeni il siyahısı doğrudursa, mən artıq səhnəyə çıxmayım. Hər il belə xəbərlər yayıldığını bilirsiniz”, - deyə qeyd edib. Müğənni, insanların bu cür məlumatlarla əsəbləşdirildiyini bildirdikdən sonra, “Dostlar, and olsun ki, elə pul yoxdur. Bunlar insanları əsəbiləşdirmək üçün yayılan xəbərlərdir. Elə pullar yoxdur, mənə inanın” ifadələrini istifadə edib.