Ezonn Xəbər

Dövlət Qulluğuna Qəbul İmtahanında Dəyişikliklər Edilir

Dövlət Qulluğuna Qəbul İmtahanında Dəyişikliklər Edilir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Dövlət qulluğuna qəbul üzrə test imtahanının strukturunda əhəmiyyətli dəyişikliklərin edilməsi planlaşdırılır. Yeni qaydalara əsasən, hazırda imtahan proqramında yer alan informatika və Azərbaycan dili fənləri ləğv ediləcək, onların yerinə isə emosional intellekt fənninin imtahana daxil edilməsi nəzərdə tutulur. Yeni imtahan modeli ilə namizədələrə ümumilikdə 100 test tapşırığı təqdim ediləcək. Bu tapşırıqların yeri isə yeni sual bölgüsü əsasında tərtib ediləcək. Hal-hazırda namizədlər qanunvericilik (40), məntiq (30), informatika (15) və Azərbaycan dili (15) fənləri üzrə imtahan verirlər. Dəyişikliklər, dövlət qulluqçularının hüquqi biliklərinin yanısıra, psixoloji hazırlıq səviyyəsinin də qiymətləndirilməsi məqsədini güdür. Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən verilən məlumata əsasən, əslində imtahan strukturu ilə bağlı hələlik heç bir hüquqi əsası yoxdur. Dövlət Qulluğu Məcəlləsinin 23.8-ci maddəsinə əsasən, test imtahanının təşkilinin və həyata keçirilməsinin qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Sözügedən məsələnin tənzimlənməsi ilə bağlı Prezidentin Fərmanı əsasında müəyyən edilmiş 490-VIIQ nömrəli qanun 2026-cı il 16 oktyabr tarixində qüvvəyə minəcək. Bu qanunla əlaqədar qaydaların hazırlanması üçün beş aylıq müddət göstərilmişdir. Test imtahanının yeni məzmunu haqqında qərar verildikdən sonra, həmin qaydalara müvafiq olaraq, bütün dəyişiklər həyata keçiriləcək.