Su və Meliorasiya İnstitutunda maaşlar təsdiqləndi, 435 ştat ayrıldı

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Nazirlər Kabineti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun strukturunu, işçilərinin sayını və əməkhaqlarını təsdiqləyib. Bu qərar çərçivəsində institut üçün 435 ştat vahidi ayrılıb.
Qərara görə, İnstitutun struktruna müvafiq olaraq, Agentliyin tabeliyindəki "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu"nun aparatı, "Təlimlərin Təşkili və İnnovasiyalar Mərkəzi" və "Laboratoriya və Təcrübə Mərkəzi" daxil edilib.
Eyni zamanda, bu institutun işçilərinin əməkhaqları da təsdiq olunub. Bu maaşlar vəzifə maaşları, əlavələr, mükafatlar və digər ödənişlər daxil olmaqla müəyyən edilib.
Təsdiq olunan əməkhaqları müvafiq vəzifələr üzrə təyin edilib. Bu vəzifələr arasında direktor müavini, aparıcı məsləhətçi, mühəndis və texniki işçi kimi müxtəlif pozisiyalar yer alır. Qeyd etmək lazımdır ki, əməkhaqları institutun göstərdiyi xidmətlərdən əldə edilən gəlir hesabına artırılacaq.