Ezonn Xəbər

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Bakıda mənzil axtarışı edən alıcıların qarşılaşdığı ən böyük çətinliklərdən biri, büdcəyə uyğun evlərin tıxacda vaxt itkisi ilə bağlı problemləridir. Bu çətinlikləri yüngülləşdirmək məqsədilə "Prayk.com" platforması yeni süni intellekt əsaslı interaktiv xəritəsini istifadəyə verib. Bu platforma daşınmaz əmlak axtarışında inqilabi bir addım olaraq qiymət analitikasını və nəqliyyat sıxlığını izləməyə imkan tanıyır. Yeni interaktiv xəritə istifadəçilərə Bakı və regionlarda elanları real vaxt rejimində izləməyə imkan yaradır. Bu xəritə vasitəsilə, istifadəçilər həmçinin gündəlik saatlara görə yol və tıxac vəziyyətini asanlıqla öyrənə bilərlər. Xəritə, alıcıların yalnız evi deyil, həm də onun müvafiq yola nə qədər yaxın olduğunu qiymətləndirməyə də kömək edir. Prayk.com platforması süni intellekt analitikası vasitəsilə mənzilin yerləşdiyi lokasiyanın infrastruktur əlçatanlığı, qiymət dinamikası və pik saatlardakı yol sıxlığını qiymətləndirməkdədir. Bu sistem, əmlakın “real yaşayış dəyərini” hesablamağa imkan tanıyır, beləliklə, alıcılara daha məlumatlı seçim etməyə imkan verir. Alıcılar, seçdikləri mənzilin qiymətinin bazar ortalamasına uyğunluğunu dərhal görüb, işə və ya təhsil müəssisələrinə gediş-gəliş vaxtını əvvəlcədən görə bilirlər. Platformanın nümayəndəsinin sözlərinə görə, "Prayk.com" yalnız elanlar təqdim etmir, həm də istifadəçilərə əsaslandırılmış qərar vermə alətləri təqdim edir. Bu yanaşma tıxacdan qaynaqlanan zaman itkilərini minimuma endirməyə yönəlib.