Ezonn Xəbər

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib. Mətbuat Şurasından APA-ya verilən məlumata əsasən, iclasda Şikayətlər üzrə Komissiyanın tərkibi müəyyənləşdirilib. İclasda Mətbuat Şurasının Nizamnaməsinə uyğun olaraq, sədr müavinləri növbəlilik əsasında 2 il müddətinə bu komissiyaya rəhbərlik edəcəkləri bildirilib. Müşfiq Ələsgərlinin sədrliyi ilə 9 nəfərlik Şikayətlər üzrə komissiya təsdiq olunub. Daha sonra MŞ-nin digər komissiyaları da müzakirə edilib. Media etikası və hüquq komissiyasının sədri Səadət Məmmədova, beynəlxalq əlaqələr komissiyasının sədri Orxan Amaşov, media ilə dövlət qurumları arasındakı kommunikasiya komissiyasının sədri Elşad Eyvazlı, media subyektləri ilə əlaqələr komissiyasının sədri Vüqar Rəhimzadə və digər komissiyaların sədrləri müəyyən edilib, fəaliyyət proqramları qəbul olunub. İclasda iştirak edən MŞ İdarə Heyəti üzvləri, təşkilatın fəaliyyətini daha da sistemləşdirmək üçün təkliflər irəli sürüblər. Bu təkliflərin icrası ilə bağlı qurumun Katibliyinə müvafiq tapşırıqlar verilib.