Birbank-dan yeni ödəniş imkanı: 15 000 AZN-ə qədər alış-verişi 6 ayda komissiyasız ödə

Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir.
Bakıda, 18 noyabr tarixində Birbank, müştərilərinə alış-veriş xərclərini daha rahat idarə etmək üçün yeni imkanlar təqdim edib. 4 noyabr - 4 dekabr 2026-cı il tarixləri arasında müştərilər, tərəfdaş mağazalarda 15 000 AZN-ə qədər olan alış-verişlərini "Böl-ödə" krediti vasitəsilə 2, 3 və ya 6 əmək haqqı dövrünə bölə bilərlər, bu zaman heç bir komissiya ödənilmir.
Bu imkan, müştərilərə məhsul və xidmətlərini lazım olan zamanda almaq və ödəniş müddətini öz büdcələrinə uyğun seçmək imkanı verir. Beləliklə, müştərilər tam alış qiymətini dərhal ödəmək yerinə, seçdiyi dövr ərzində ödənişlərini yayaraq xərclərini daha asan idarə edə bilirlər.
"Böl-ödə" krediti 100 AZN-dən 15 000 AZN-ə qədər olan məbləğlər üçün əlçatandır. Standart şərtlər altında 2, 3, 6, 12, 18, 24 və 35 aylıq ödəniş müddətləri seçilə bilər. Lakin kampaniya çərçivəsində 2, 3 və 6 aylıq ödəniş müddətləri üçün heç bir komissiya tutulmayacaq.
Bu kampaniyası vasitəsilə Birbank, müştərilərinə alış-verişlərini planlaşdırmaq və ödənişləri maliyyə imkanlarına uyğun şəkildə idarə etmək üçün əlavə çeviklik təmin edir. Birbank, Kapital Bank-ın ticarət markasıdır və 3 milyondan artıq aktiv istifadəçi ilə mobil tətbiqi, eləcə də Azərbaycanda 120 filial və 48 şöbə ilə ən geniş filial şəbəkəsinə malikdir.