Çində alimlər saç çıxaran daraq hazırlayıb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Çin alimləri, Pekində yerləşən “Beihang” Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan yeni bir texnologiya ilə saç tökülməsinə qarşı mübarizəyə önəmli bir addım atıblar. Onların təqdim etdiyi “Detangle” adlı bioelektronik daraq, laboratoriya sınaqlarında ümidverici nəticələr əldə edib.
Tədqiqatlar zamanı cihaz, 28 gün müddətində tüksüz siçanlar üzərində sınaqdan keçirilib. Eksperimentin nəticələrinə əsasən, saçların yenidən çıxması üzrə 97,85 faizlik göstərici nümayiş etdirilib. Bu nəticələr, yeni texnologiyanın effektivliyini sübut edir.
Yeni dövr biologiyası, elektrik stimullaşdırması ilə birlikdə bioloji maddələrin tədbiqini birləşdirərək, saç köklərinə müsbət təsir göstərməyi hədəfləyir. Cihaz saç köklərinin fəaliyyətini bərpa edərək onların artımını stimullaşdırır.
Tədqiqatda, saç köklərinin qan təchizatını dəstəkləyən “VEGFA” molekulu və saç tökülməsi ilə bağlı hormonal mexanizmlərə təsir edən “SİRNA” texnologiyası istifadə olunub. Alimlərin bildirdiyinə görə, nəticələr minoksidil və finasterid kimi mövcud müalicə üsulları ilə müqayisədə daha səmərəlidir.
Bununla yanaşı, yeni texnologiyanın indiyə qədər yalnız heyvanlar üzərində test edildiyi vurğulanır. İnsanlar üzərində aparılan klinik sınaqların nəticələri və uzunmüddətli təhlükəsizlik məsələsi hələlik təsdiq edilməyib. Mütəxəssislər hesab edirlər ki, bu texnologiya, kişi tipli saç tökülməsi müalicəsində yeni imkanlar yaradaraq, gələcəkdə uğurlu ola bilər.