Ezonn Xəbər

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bu gün Azərbaycan Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüş keçirib. Görüşün məqsədi iki ölkə arasında strateji tərəfdaşlığı daha da gücləndirməkdir. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mövcud münasibətlərin müsbət yöndə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, ikitərəfli əlaqələrdə iqtisadi imkanların artırılması əhəmiyyətli rol oynayır. Oktyabrın 30-da keçirilən Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlər müzakirə olunub. Görüşdə ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit və enerji sahələrində əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Hər iki tərəf, strateji layihələrin həyata keçirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində yeni sərmayələrin cəlb edilməsi məsələlərini də müzakirə edib. Bu cür görüşlərin keçirilməsi Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edir.