Ezonn Xəbər

Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib

Rusiya millisi AVRO-2028-in seçmə mərhələsinin püşkatmasına daxil edilməyib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Rusiya milli futbol komandası, 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasında iştirak etməməsi ilə gündəmə gəlib. Bu barədə Rusiyanın "Sport-Express" nəşri UEFA-nın baş katibi Teodor Teodoridisin təşkilatın üzvlərinə göndərdiyi məktuba istinad edərək məlumat yayıb. Məlumatda qeyd olunub ki, dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək püşkatmada ümumilikdə 54 milli komanda iştirak edəcək. Rusiya yığması isə iştirakçılar siyahısına daxil edilməyib, bu da onun gələcək yarışlarda iştirak etməyə bilməyəcəyini göstərir. Seçmə mərhələdə iştirak edəcək komandalar Millətlər Liqasının 17 noyabr tarixinə olan reytinqinə əsasən səbətlərə bölünəcək. Püşkatmanın nəticəsi ilə 12 qrup formalaşdırılacaq. Qeyd edək ki, AVRO-2028 turniri İngiltərə, Şotlandiya, Uels və İrlandiyada təşkil ediləcək. Çempionatın keçirilməsi 9 iyun – 9 iyul 2028-ci il tarixləri arasında planlaşdırılır. Xatırladaq ki, UEFA və FIFA, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları səbəbindən 2022-ci ilin fevralında Rusiya milli komandalarını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırmışdı.