Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslər, dövlət və qeyri-dövlət qurumları tərəfindən daxil olan müraciətlər əsasında 123 intizam işi üzrə icraat başlanılıb. Bu məlumat Vəkillər Kollegiyasının son hesabatında yer alıb.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti 102 qərar qəbul edib. Bu qərarlara əsasən, 6 vəkil Kollegiyadan xaric edilib, 11 vəkilə xəbərdarlıq edilərək, 9 vəkilə töhmət verilib. Eyni zamanda, 27 vəkil cərimə olunub, 2 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.