Azərbaycanda repoya tələb niyə düşüb?

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda qiymətli kağızlar vasitəsilə qısa müddətli maliyyə cəlb edən REPO əməliyyatlarına olan tələb azalmaqdadır. Bakı Fond Birjasının (BFB) 2026-cı ilin üçüncü rübü üzrə bülleteninə əsasən, 4–7 günlük REPO əməliyyatlarının payı artmaqdadır, lakin bu əməliyyatların ümumi dövriyyəsi azalır.
Hesabata görə, 2026-cı ilin yanvar–sentyabr aylarında 4–7 günlük REPO əməliyyatlarının ümumi dövriyyədə payı 83,9% təşkil edib. Bu göstərici keçən ilin eyni dövründə 62,6% idi. İlin ilk doqquz ayında bu əməliyyatların həcmi 21,98 milyard manatdır, amma ötən ilin müvafiq dövründə bu rəqəm 25,21 milyard manat olub.
Qeyd edək ki, ən böyük azalma 1–3 günlük REPO əməliyyatlarında qeydə alınıb. Beləki, onların həcmi 10,38 milyard manatdan yalnız 1,30 milyard manata düşmüşdür. Ümumi dövriyyədə bu əməliyyatların payı isə 25,8%-dən 5%-ə enib.
BFB analitikləri bazardakı bu zəifləməni bank sektorundakı yüksək sərbəst vəsaitlərin olması ilə izah edirlər. Onlar bildirirlər ki, bu, qısamüddətli borclanmaya olan ehtiyacı azaltmaqdadır. Eyni zamanda, Maliyyə Nazirliyinin istiqrazları üzrə əməliyyatların azalması da əlavə amil kimi təsir göstərib.
Qısacası, REPO bazarının dövriyyəsi 2026-cı ilin ilk doqquz ayında keçən ilin eyni dövründəki 40,30 milyard manatdan 26,19 milyard manata düşüb ki, bu da təxminən 35% azalma deməkdir.