Britaniyalılar üçün Avropada yeni çətinliklər yaşanır

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Avropa Birliyinin Şengen zonasına daxil olan sərnişinlər üçün tətbiq olunan yeni elektron qeydiyyat sistemi (Entry-Exit System – EES) britaniyalı sərnişinlər üçün çətinliklər yaratmaqdadır. Bu sistem, sərnişinlərin Schengen bölgəsinə girişi və çıxışını izləmək məqsədini güdür.
Məlumata görə, tətbiq zamanı yaşanan texniki nasazlıqlar nəticəsində bəzi sərnişinlər təyyarə uçuşlarını qaçırıb. Hətta bundan dolayı ən azı bir nəfərin səhvən deportasiya edildiyi bildirilir. Bu hadisələr, sistemin fəaliyyətə girməsi ilə bağlı narahatlıqları daha da artırır.
EES sistemi 2025-ci ilin oktyabrında mərhələli şəkildə tətbiq olunmağa başlayacaq və 2026-cı ilin aprel ayından etibarən tam şəkildə fəaliyyətə keçəcək. Yeni qanunlara görə, Böyük Britaniya vətəndaşları da daxil olmaqla, Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları, Şengen zonasını ilk dəfə keçərkən, sistemdə qeydiyyatdan keçməlidirlər. Bu prosessdə, onların pasport məlumatları, biometrik təsvirləri və sağ əllərinin dörd barmaq izi daxil ediləcək.
Şengen zonasına daxil olan 29 ölkənin sərhəd-keçid məntəqələri, mərkəzi məlumat bazası ilə Fransanın Strasburq şəhərində yerləşən mərkəzə bağlıdır. Eyni zamanda, Avstriyada ehtiyat məlumat bazası da mövcuddur. Lakin, sistemin tətbiqi zamanı meydana gələn prosedur fərqlilikləri və texniki problemlər, sərhəd-keçid məntəqələrində çətinliklərə səbəb olmuşdur. Hər bir ölkə, sistemin öz ərazisində tətbiqinə görə məsuliyyət daşıyır, buna görə də, bəzi dövlətlər qaydaları fərqli şəkildə icra edirlər.