DİN-dən irimiqyaslı əməliyyat: 104 kq narkotik ələ keçirildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində 104 kiloqram narkotik vasitə ələ keçirilib. Əməliyyatlar paytaxtda, həmçinin Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında həyata keçirilib.
DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, əməliyyat zamanı Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov və İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıb. Saxlanılan şəxslərdən əlavə olaraq 8070 ədəd narkotik tərkibli həb də aşkarlanıb.
Araşdırmalar nəticəsində bu şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə narkotiklərin ölkə ərazisinə gətirilməsi ilə məşğul olduqları müəyyən edilib. Həmin əməliyyatlar narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədini güdür.
Faktlarla bağlı cinayət işləri başlanıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.