Ezonn Xəbər

General Natiq Əliyevin qızı Türkər Əliyevayla bağlı məhkəmə qərarı

General Natiq Əliyevin qızı Türkər Əliyevayla bağlı məhkəmə qərarı
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində mediator Türkər Əliyeva barəsində prokurorluğun təqdim etdiyi apellyasiya protestinə baxılıb. İttihama görə, Türkər Əliyeva külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Məhkəmə prosesinin sonunda prokurorluğun nəzdindəki apellyasiya protesti təmin olunmayıb. Belə ki, Türkər Əliyeva barəsində daha əvvəl tətbiq edilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılıb. Məlumata görə, Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladının olması, onları təkbaşına böyütməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması məhkəmə tərəfindən nəzərə alınmışdır. Prokurorluq, Sumqayıt Şəhər Məhkəməsinin verdiyi ev dustaqlığı qərarından narazı qalarak Türkər Əliyevanın həbs edilməsini tələb etmişdir. Onun dələduzluqda ittiham olunması ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2, 32.4 və 313-cü maddələri irəli sürülüb. Türkər Əliyeva, torpaq sahələrinin sənədləşdirilməsi adı altında müştərilərdən külli miqdarda pul almışdı. O, eyni zamanda Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor Natiq Əliyevin qızıdır. Hazırda dələduzluq ittihamına görə Türkər Əliyeva prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində saxlanılıb və məsələ ilə bağlı proses davam edir.