Ezonn Xəbər

Azərbaycan axtarışa verilən şəxsi Özbəkistana ekstradisiya etdi

Azərbaycan axtarışa verilən şəxsi Özbəkistana ekstradisiya etdi
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Bu günlərdə Azərbaycan hüquq-mühafizə orqanları, beynəlxalq axtarışda olan 2000-ci il təvəllüdlü Muzaffar Mahmudovu Özbəkistana ekstradisiya edib. O, Özbəkistanın Cinayət Məcəlləsi ilə tənzimlənən külli miqdarda vergiləri ödəməkdən yayınma, zərər vurmaqla ticarət və xidmət göstərilməsi qaydalarının pozulması kimi cinayətlərdə daxildir. Muzaffar Mahmudov cari ilin sentyabr aynda Azərbaycan ərazisində saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib. Bununla bağlı Azərbaycanın Baş Prokurorluğundan məlumat verilib ki, Özbəkistanın Baş Prokurorluğunun təqdim etdiyi vəsatət, Azərbaycanın Baş Prokurorluğu tərəfindən təsdiqlənib. Ekstradisiya prosesi, 07.10.2002-ci il tarixli "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyaya əsasən həyata keçirilib. Mahmudov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.