Trampa kəhrəba ilə bəzədilmiş taxt hədiyyə etdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Polşa Prezidenti Karol Navrotski, ABŞ Prezidenti Donald Trampa kəhrəba ilə bəzədilmiş bir kreslo hədiyyə etdiyi məlum olub. Bu barədə məlumatı Polşanın TVN24 telekanalı yayıb.
Hədiyyə 2026-cı ilin iyununda ABŞ-nin Müstəqillik Bəyannaməsinin 250 illik yubileyi və Trampın 80 illik yubileyi münasibətilə Vaşinqtona keçiriləcək səfər zamanı təqdim ediləcək. Hədiyyələrin biri Vaşinqtonda inşa ediləcək zəfər tağı üçün xüsusi mərmər lövhədir, digəri isə hələlik gizli saxlanılıb.
Əldə edilən məlumata görə, gizli hədiyyə kəhrəba işləmələri ilə zəngin bir kreslodur. Bu kreslonun müəllifi polşalı sənətkar Luçyan Mırtadır. Kreslo, əvvəlki prezident Andjey Dudanın sifarişi əsasında hazırlanmışdır və həmin dövrdən Trampa hədiyyə olunması planlaşdırılırdı, lakin təqdimat baş tutmamışdı.
Polşa Prezidentinin Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç hədiyyənin böyük təsir yaratdığını bildirib. Qeyd edək ki, Polşa Prezidentinin Aparatı hədiyyə ilə bağlı məlumatları hətta yüksəkvəzifəli şəxslərdən belə gizli saxlayıb.