Ezonn Xəbər

12 gündür itkin olan qız tapıldı

12 gündür itkin olan qız tapıldı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. 12 gündür itkin düşən 17 yaşlı türkiyəli qız İlayda, Niderlandın Leeuwarden şəhərində tapılıb. O, noyabrın 6-da, cümə günü saat 14:15 radələrində Leeuwarden dəmiryol vağzalında sonuncu dəfə görülmüşdü. İlaydanın axtarışları 12 gün davam edib. Onun tapılması xəbəri ailəsi, yaxınları və Niderlandda yaşayan türk icması tərəfindən sevinclə qarşılanıb. İlaydanın harada və hansı şəraitdə tapıldığına dair hələlik əlavə məlumatlar məlum deyil. Niderland polisi, İlaydanın tapılmasından sonra, onun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə və rəsmi səhifələrdə yayımladığı elanları silib. Hadisənin baş verməsindən sonra, bu dəmiryol vağzalında geniş axtarış əməliyyatları həyata keçirilib. İlaydanın tapılması, onun üçün narahat olan bir çox insanın əhval ruhiyyəsini yüksəldib. Eyni zamanda, bu hadisə ilə bağlı gələcəkdə daha ətraflı məlumatların verilməsi gözlənilir.