Sosial şəbəkələrdə ideal insanlar: Realizm və təsir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Sosial şəbəkələrdə ideal həyat tərzi, qüsursuz görünüş və uğurlu karyera nümayiş etdirən insanların sayı getdikcə artır. Bu fenomen izləyicilərdə heyranlıq yaratdığı halda, zamanla onlara qarşı müəyyən məsafə və xarici təsir formalaşır. İnsanlar mükəmməl görünmək istəyənlərin süni imicini hiss edirlər.
Psixologiyada bu vəziyyətlə bağlı maraqlı bir anlayış, “Pratfall effekti” adlanır. Bu psixoloji hadisə göstərir ki, bacarıqlı insanların kiçik səhvləri, insanların gözündə daha səmimi və cəlbedici olmağını təmin edir. 1966-cı ildə bu anlayışın sübutu üçün aparılan bir təcrübədə mükəmməl çıxış edən şəxsin qəhvəni şalvarına tökdükdən sonra daha çox simpatiya qazandığı müşahidə edilib.
Mütəxəssislər bildirir ki, bu psixoloji yanaşma müasir dövrdə sosial media davranışlarında öz əksini tapır. Sosial şəbəkələrdə insanlar daha çox həyatlarındakı uğurlu anları paylaşaraq digər insanlarda mükəmməllik təzyiqi yaradır. Bu isə nəticədə müqayisəyə səbəb olur və başqalarının ideal görüntüləri ilə öz həyatlarını qiymətləndirməyə vadar edir.
Halbuki, səmimiyyət və təbiilik daha sağlam münasibətlərin yaranmasına yol açır. İnsanların öz səhvlərini etiraf etməsi, zəif tərəflərini nümayiş etdirməsi onları daha əlçatan edir. Qüsursuz görünməyə çalışmaq əvəzinə, insanın özünü olduğu kimi qəbul etməsi psixoloji rahatlıq və sağlam sosial münasibətlər üçün əhəmiyyətlidir.