Pezeşkianla vitse-prezident arasında fikir ayrılığı yoxdur

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İran Prezidenti Məsud Pezeşkianla ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Arif arasında fikir ayrılığı aşkar edilməyib. Bu barədə "Tasnim" agentliyi İran hökumətinin məlumata istinad edərək məlumat yayıb.
İran Hökumətinin İnformasiya Şurasının Katibliyinin açıqlamasına görə, Prezident Pezeşkianla vitse-prezident Arif arasında, xüsusilə yanacaq istehlakının idarə olunması məsələsi ilə bağlı heç bir fikir ayrılığı mövcud deyil. Hökumət tərəfindən yayılan məlumatda, iki rəhbər arasında uyğunsuzluq iddiaları təkzib edilib.
Hökumət, həmçinin son Nazirlər Kabinetinin iclasında Rza Arifin bəzi kabinet üzvlərinə sərt xəbərdarlıqlar etməsi ilə bağlı yayılan məlumatların da yanlış olduğunu vurğulayıb. Açıqlamaya görə, bu cür xəbərlər yalan məlumatlardır və müəyyən dairələr tərəfindən uydurulmuşdur.
Hal-hazırda İranda benzin istehlakı ilə daxili istehsal arasında ciddi fərq yaranmışdır. Yanacağın qiymətinin artırılması ilə bağlı müzakirələr və istehlakın məhdudlaşdırılması hökumət üçün önəmli və həssas bir məsələ halını almışdır. Bəzi media resursları ölkənin rəhbərliyində parçalanma olduğu və yanacaq siyasəti ilə bağlı mübahisələrin baş verdiyi barədə məlumatlar yaymışdır.
İran hökumətinin bu açıqlamanı verməsinin məqsədi, mümkün ölkədaxili böhranın qarşısını almaqdır.