Ezonn Xəbər

Qazaxda dəhşətli qəza — 2-si uşaq olmaqla 4 ölü var

Qazaxda dəhşətli qəza — 2-si uşaq olmaqla 4 ölü var
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Qazax rayonunun Aslanbəyli kəndində ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə zamanı "Tofaş" və "Opel" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 4 nəfərin ölümü xəbəri verilir, onlardan iki nəfəri azyaşlıdır. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəza bu gün saat 19:30 radələrində baş verib. İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı "Opel" və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 qeydiyyat nişanlı "Tofaş" avtomobilləri toqquşub. Bu toqquşma nəticəsində hər iki sürücü və "Tofaş"da olan iki azyaşlı sərnişin həlak olub. Qazada həlak olan şəxslərin kimliyi məlum olub. Belə ki, 1989-cu il təvəllüdlü Sənan Dərgahquliyev, onun 2018-ci il təvəllüdlü qızı G. Dərgahquliyeva və 2018-ci il təvəllüdlü bacısı oğlu M. Mehtili həyatını itirib. Hadisə yerində 3 nəfər ölüb, bir qadın isə xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar aparılır. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevr qaydalarına əməl etmələrini, eləcə də sürət həddini aşmamalarını tövsiyə edir. Sürücülərin təhlükəli ötmələr və düşünülməmiş manevrlər etməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.