Tramp Putini ilə Çində ayrıca görüş keçirəcək

Ezonn TV «Editor.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Çinə səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüşün keçiriləcəyi məlum olub. Görüşün cümə axşamı baş tutacağı bildirilir.
Bu, iki liderin ötən il Alyaskada keçirilən danışıqlarından sonra ilk ikitərəfli görüşü olacaq. Tramp, Putin və Çin lideri Si Cinpin arasında da üçtərəfli görüşün planlaşdırıldığı bildirilir.
Trampın müzakirə edəcəyi əsas mövzular arasında Ukraynadakı müharibənin dayandırılması və nüvə silahlarına nəzarət məsələləri var. Lakin mütəxəssislər, bu görüşdə ciddi diplomatik nəticələrin əldə olunması ilə bağlı ehtiyatlı olduqlarını ifadə edirlər.