Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən «yarımçıq məktəb» ərazisinin gələcək taleyi sakinlər arasında ciddi narazılıqlara səbəb olub. Ərazinin yeni çoxmərtəbəli yaşayış binaları üçün istifadə oluna biləcəyindən narahat olan sakinlər, buranın park salınması məqsədilə ayrılmasını istəyirlər.
Daha əvvəl, 2018-ci ildən etibarən burada yeni parkın salınması gözlənilirdi. Lakin yeni tikinti planları bu ümidləri suya salıb. Sakinlər, ərazidəki 300-dən artıq çoxillik ağacın mehv edilməsindən və yeni binaların ətrafdakı sıx məskunlaşmış ərazinin yaşayış şəraitini daha da çətinləşdirəcəyindən qorxduqlarını bildirirlər.
Bu məsələyə aydınlıq gətirmək məqsədilə "Şərur" MTK-nın rəhbəri İsfədiyar Axundovla əlaqə saxlanılıb. O, sakinlərin narahatlıqlarını başa düşsə də, ərazinin satışında maraqlı olmadığını vurğulayıb: "Cammat mənə deyir ki, burada tövlə bizi öldürür. Gəl buranı al, canımızı qurtar. Mən də gedib baxmışam, amma almıram, xoşum gəlmir oradan".
Yasamal Rayon İcra Hakimiyyətinin verdiyi məlumata görə, bu ərazi 1,26 hektar olaraq "Şərur" MTK-ya ayrılıb və orada məskunlaşmış müəyyən ailələrin narazılığına səbəb olan vəziyyət yaşanır. Qurum, yeni tikinti layihələrinin yerinə yetirilməsində səliqəli qəbul prosedurlarının yerinə yetirilməli olduğunu qeyd edib. Qeyd edək ki, Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim edir.