Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bərdədə baş vermiş yol-nəqliyyat hadisəsi bir insanın ölümünə səbəb olub. Hadisə Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisində baş tutub. Bu məlumat "Report"un Qarabağ bürosundan əldə edilib.
Hadisə zamanı, adı hələlik açıqlanmayan qadın sürücü, yolu keçməkdə olan 1994-cü il təvəllüdlü Qasımov Fərid Əfqan oğlunu vurub. Yaralı aldığı travmalardan ötəri dünyasını dəyişib.
Mərhumun meyiti hazırda Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morqunda saxlanılır. Hadisənin dəqiq səbəbləri və digər detalları ilə bağlı araşdırmalar davam edir.