Ezonn Xəbər

Qazaxda dəhşətli qəza: 2-si uşaqlı 4 nəfər ölü

Qazaxda dəhşətli qəza: 2-si uşaqlı 4 nəfər ölü
Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir. Bu gün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda dəhşətli bir yol qəzası baş verib. İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı "Opel" və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi 10-NB-330 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində, 4 nəfər ölüb. Qəza zamanı həlak olan şəxslərin kimliyi məlum olub. 1989-cu il təvəllüdlü Sənan Dərgahquliyev, onun 2018-ci il təvəllüdlü qızı G. Dərgahquliyeva və 2018-ci il təvəllüdlü bacısı oğlu M. Mehtili hadisə nəticəsində həyatını itinib. Eyni zamanda, "Tofaş"da olan bir qadın sərnişin isə xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamada, faktla bağlı cinayət işi başlanıldığı və araşdırma aparıldığı bildirilib. Polis, sürücülərə ötmə və manevr qaydalarına, eləcə də sürət həddinə ciddi riayət etməyə çağırır. Açıqlamada vurğulanıb ki, təhlükəli ötmə, düşünülməmiş manevr və sürət həddinin aşılması, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləridir. Sürücülərin ehtiyatlı olmaları və müəyyən qaydalara riayət etmələri tövsiyə edilir. Bu hadisə, yol təhlükəsizliyi məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub və ictimaiyyət arasında geniş müzakirələrə yol açmaqdadır.