İran ABŞ-də infrastruktura kiberhücumları aktivləşdirib

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Tehran və onunla əlaqəli hakerlər, ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlamasından bəri, Amerikanın mühüm infrastruktur və informasiya şəbəkələrinə yönəlmiş kiberhücumları aktivləşdiriblər. ABŞ-nın daxili təhlükəsizlik naziri Markueyn Mallin, bu haqda ABŞ Nümayəndələr Palatasının komitəsinə təqdim etdiyi ifadəsində məlumat verib.
Mallin, 2026-cı ilin əvvəlindən bəri İranın dövlət kiberqrupları və iranyönümlü kibercinayətkarların ABŞ-ın əsas infrastruktur şəbəkələrinə hücum etdiklərini qeyd edib. O, kiberhücumların aşkar etdiyimiz sahələr arasında nəqliyyat, səhiyyə, su təchizatı, energetika və maliyyə xidmətlərinin olduğunu bildirib.
Nazir, İranın keçmişdəki kiberhücumlarının əsasən lokal xarakter daşıdığını, ziyanların isə minimum olduğunu vurğulasa da, həyati əhəmiyyət kəsb edən infrastruktur üçün mövcud təhlükələrin ciddi nəticələr yarada biləcəyi xəbərdarlığını edib. Mallin, kiberhücumların daha geniş miqyasda dağıdıcı təsir edə biləcəyini ifadə edib.
Həmçinin, o, kiberhücumların ötən həftə baş verən "Microsoft Corp." xidmətlərindəki və ABŞ Federal Mülki Aviasiya İdarəsinin sistemlərindəki nasazlıqlarla əlaqəli olub-olmadığını açıqlamayıb. ABŞ Dövlət katibi Marko Rubio isə noyabrın 18-də, bu texniki nasazlıqların bir-biri ilə əlaqəsi olmadığını və kiberhücum nəticəsi olmadığını bildirib.