Ezonn Xəbər

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə irimiqyaslı əməliyyat keçirib. Nəticədə, paytaxt və regionlarda həyata keçirilən tədbirlər zamanı 104 kiloqram narkotik və 8070 ədəd narkotik tərkibli həb ələ keçirilib. Əməliyyatın gedişatında Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov və İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıb. Saxlanılan şəxslərin xaricdəki narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirdikləri müəyyən edilib. Hüquq-mühafizə orqanları tərəfindən faktlarla bağlı cinayət işləri başlanılıb və saxlanılan şəxslər barəsində müvafiq məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. DİN-in mətbuat xidməti, hücumların daha da genişləndiriləcəyini və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin davam edəcəyini bildirmişdir.