Ezonn Xəbər

Qarğalar insanlardan iki dəfə ağıllı çıxdı? - Araşdırma

Qarğalar insanlardan iki dəfə ağıllı çıxdı? - Araşdırma
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Almaniyanın Tübingen Universitetinin tədqiqatçıları qarğaların müəyyən vizual tapşırıqları insanlardan iki dəfə daha tez yerinə yetirdiyini aşkar ediblər. Bu nəticələr, uzun müddət quşların yüksək intellektə malik olmadığına dair düşüncələrin əksini sübut edir. Araşdırma boyunca qarğalara üzərində hərəkət edən nöqtələr olan dairələr təqdim edilib. Quşlar, nöqtələrin hərəkət istiqamətinə uyğun olaraq dimdikləri ilə sağa və ya sola toxunmalıdırlar. Məşqlər bir neçə həftə davam edib və sonunda qarğalar tapşırığı uğurla yerinə yetirə biliblər. Başlanğıcda tədqiqatçılar, tapşırığın icrası üçün qarğalara üç saniyə vaxt vermişdilər. Lakin nəticələr gözləntiləri üstələyərək, qarğalar bu tapşırığı ortalama 235 millisaniyəyə yerinə yetirərək insanların göstəricisindən iki dəfə daha sürətli cavab veriblər. Mütəxəssislər qeyd edirlər ki, qarğaların sürətli reaksiya qabiliyyəti uçuş zamanı daim dəyişən şəraitə uyğunlaşma ehtiyacından irəli gəlir. Bu kəşf, son illərdə quşların intellektual qabiliyyətləri ilə bağlı aparılan tədqiqatların əhəmiyyətini bir daha ön plana çıxarır. Müsbət nəticələr, qarğaların həyat tərzi və qərarvermə mexanizmləri haqqında daha geniş biliklərin əldə olunmasına gətirib çıxara bilər.