Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıq zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə edilib. Həmçinin, regional məsələlər də telefon əlaqəsinin gündəliyində yer alıb.