GTA VI təqdim olundu: “PlayStation” çökdü

Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir.
Son günlər dünyanın bir çox ölkəsində “PlayStation” oyun platformasında ciddi problemlərlə bağlı şikayətlər qeydə alınıb. Noyabrın 18-də istifadəçilər hesablara daxil olmaq, serverə qoşulmaq, oyun yükləmək və yeniləməkdə çətinliklər yaşayıblar. Bu vəziyyət dünya miqyasında 36 ölkədən, ABŞ, Fransa, Almaniya, İsveç, Polşa və Braziliya da daxil olmaqla bir çox istifadəçini narahat edib.
Rəsmi məlumata görə, nasazlıq “Game Streaming” xidmətinə də təsir göstərib. İstifadəçilərin yaşadığı çətinliklərin GTA VI-nın təqdimatı ilə əlaqəli olduğu ehtimal edilir. Belə ki, milyonlarla oyunçunun eyni vaxtda “PlayStation” xidmətlərinə qoşulması serverlərə əlavə yük yarada bilər.
“Sony” isə problemin konkret səbəbini hələlik açıqlamayıb. Şirkət, əksər hallarda, kütləvi müraciətlərin serverlər üzərindəki yükü artırmasının, bu cür vəziyyətlərə səbəb ola biləcəyini qəbul edir, lakin dəqiq məlumat paylaşmır.
Belə bir vəziyyət, GTA VI kimi məşhur bir oyun təqdim olunduqda daha da problemli hala gəlir, çünki bu tip oyunların təqdimatı zamanı istifadəçi sayı kəskin artmaqdadır.