ABŞ və Venesuela hərbi əməkdaşlıq haqqında saziş imzaladı

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nin müharibə naziri Pit Heqset Karakasda Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşdə iki ölkə arasında müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə saziş imzalanıb. Bu barədə Yeniçağ.az VTV telekanalına istinadla məlumat yayıb.
Pentaqon rəhbəri, ABŞ-ın Venesuela ilə hərbi sahədəki əlaqələrini genişləndirmək istədiyini vurğulayıb. "ABŞ və Venesuela silahlı qüvvələrinin möhkəmləndirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəldik. Bu gün imzaladığımız saziş üçün minnətdaram," – deyə Heqset qeyd edib.
İmzalanma mərasimi Karakasdakı Miraflores prezident sarayında həyata keçirilib. Heqsetin sözlərinə görə, Vaşinqton Venesuela silahlı qüvvələri ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Sazişdə birgə təlimlərin keçirilməsi və kəşfiyyat məlumatlarının mübadiləsi nəzərdə tutulur.
Rodriqes hərbi əlaqələrin bərpa olunmasını müsbət qarşılayaraq bildirib ki, bu, Bolivar Milli Silahlı Qüvvələrinin hazırlığını artırmağa və onların müasir texnologiyalara çıxışını təmin etməyə kömək edəcək. O, iki ölkənin birgə fəaliyyətinin ümumi təhdidlərə qarşı mübarizə aparmağa yardım edəcəyini də vurğulayıb.
Nazir Pit Heqset, bundan əvvəl ABŞ-nin Venesuelaya səfər edən Tramp kabinetinin digər nümayəndələrindən biri olub. Hesab edilir ki, bu görüşlər, ABŞ-nin Venesuela neft ehtiyatlarına olan marağını gücləndirmək məqsədini güdür.