Rusiya ilə müharibəyə getməyə hazır olduğunu açıqladı

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Böyük Britaniya şahzadəsi Harri, Rusiya ilə müharibə mövzusuna dair mübahisəli bir açıqlama verib. O, “The Telegraph” qəzetinə verdiyi müsahibədə, əgər ehtiyac yaranarsa, yenidən orduya qoşulmağa hazır olduğunu qeyd edib.
Şahzadə Harri, Rusiya ilə bağlı potensial təhlükə səbəbindən britaniyalıların narahat olması gərəkdiyini vurğulayıb. O, bildirib ki, son on il ərzində Böyük Britaniya faktiki olaraq Rusiya ilə münaqişə vəziyyətindədir. "Üzərimizə pilotsuz uçuş aparatlarının, güllələrin və raketlərin yağmaması, müharibə aparmadığımız anlamına gəlmir," - deyə Harri əlavə edib.
Bundan başqa, o, Avropanın Rusiyadan gələn təhlükəni dərk etdiyini ifadə edib və Avropa ölkələrini Ukraynaya dəstəyi artırmağa çağırıb. "Əgər ehtiyac yaranarsa və məndən yenidən orduya qoşulmağım istənilərsə, yüz faiz ölkəmə xidmət edəcəyəm," - deyə şahzadə qeyd edib.
Bu çıxış, Britaniya rəsmilərinin orduya hazırlıq çağırışları ilə eyni vaxta təsadüf edir. Hərbi xidmət keçmiş şahzadənin bu bəyanatı çox sayda müzakirəyə səbəb olub.