Ezonn Xəbər

Azərbaycan XİN-dən Fransaya — Sərt cavab

Azərbaycan XİN-dən Fransaya — Sərt cavab
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Xarici İşlər Nazirliyi, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanın suveren ərazilərinə qarşı səsləndirdiyi iddialara sərt cavab verib. Bununla bağlı mətbuat katibi Ayxan Hacızadə, Fransanın nümayiş etdirdiyi selektiv yanaşmanın sülh gündəliyinin irəliləməsinə kömək etmədiyini vurğulayıb. Hacızadə, 2023-cü ilin sentyabr ayında həyata keçirilən anti-terror tədbirlərinin Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymağa yönəlmiş olduğunu qeyd edib. O, bu tədbirləri beynəlxalq hüquqa uyğun, BMT Nizamnaməsinin müddəalarına əsaslanaraq həyata keçirildiyini ifadə edib: "Bu tədbirləri beynəlxalq hüququn pozulması kimi təqdim etmək cəhdləri, işğal və etnik təmizləmə kimi ağır məsələləri nəzərə almır", - deyə Hacızadə vurğulayıb. XİN mətbuat katibi, xarici tərəflərin müharibə cinayətləri ilə bağlı məhkum edilmiş şəxslərin azad edilməsini tələb etmələrini də tənqid edib. O, bu cür tələbələrin hüququn aliliyi prinsipinə zidd olduğunu bildirib. Hacızadə, Azərbaycanda məhkəmə araşdırmalarında cəlb olunmuş şəxslərin “özbaşına həbs edilmiş” şəxslər kimi təqdim edilməsinin yersiz olduğunu qeyd edib. Eyni zamanda, Hacızadə, Fransanın mədəni irsin dağıdılması ilə bağlı iddialarını da qətiyyətlə rədd edib. O, Azərbaycanın mədəni irs abidələrinin qorunmasının ölkənin prioritetləri arasında olduğunu sözlərinə əlavə edib. Hacızadə, Fransanın insan hüquqları ilə bağlı ciddi problemlərini həll etmək əvəzinə, digər ölkələrin daxili işlərinə müdaxilə etməməsinin vacibliyini xatırladıb. Fransanı qərəzli yanaşmadan əl çəkməyə və Azərbaycanın daxili işlərinə müdaxilədən uzaq durmağa çağıran Hacızadə, Fransa hökumətinin daxili çətinliklərini çözməkdə daha çox diqqət yetirməsi lazım olduğunu vurğulayıb.